Yay Kodlaşdırma Məktəbi

Qeydiyyat Formu

7-13 iyul, 2019   |   Quba   |   13-17 Yaş Gənclər

PROQRAMLAŞDIRMA

DİZAYN

TƏQDİMAT BACARIĞI

Proqramlaşdırma

MAHİYYƏTİ

Texnologiyanın inkişafı və həyatımıza inteqrasiyası ilə sürətlə rəqəmsallaşan dünyamızda, proqramlaşdırma bacarığı, oxuma-yazma qədər önəmlidir. Xüsusi ilə, proqramlaşdırmanı yeniyetməlik dövründə öyrənmək, uşaqlarda riyazi təfəkkür, yaradıcılıq, , ünsiyyət və özgüvəni inkişaf etdirir. Bugün, uşaqlara proqramlaşdırmanı öyrətmək, onların gələcəyi üçün edilmiş ən böyük investisiyadır.

PROQRAM

  1. Proqramlaşdırmanın əsas prinsipləri;

  2. Dəyişən, Funksiya və Obyekt anlayışları;

  3. İnteraktiv Animasiyaların kodlaşdırma vasitəsilə yaradılması;

  4. Oyunların yaradılması;

  5. Smartfonların proqramlaşdırılması (Android);

  6. Java Script;

  7. Python və Raspberry Pi-də proqramlaşdırma;

Dizayn

MAHİYYƏTİ

Müasir dövrdə, vizual kommunikasiyanın istifadəsi informasiya mübadiləsində ən ideal üsul hesab olunur. Belə ki, Dizayn, əhəmiyyəti etibari ilə artıq yalnızca dizaynerlərin məşğul olduğu peşə fəaliyyətindən əlavə, bütün işlərin əsas elementi kimi qiymətləndirilir. Gənc yaşlarda dizayn öyrənən hər bir kəs, sistemli düşüncə, yaradıcılıq və müasir dövrün tələbi olan vizual kommunikasiya üzrə ixtisaslaşır.

PROQRAM

  1. Ümumi dizayn anlayışı və dizaynın əsas prinsipləri;

  2. Veb Dizayn texnologiyaları və trendlər;

  3. UX/UI Dizayn;

  4. Vektorial Dizayn;

  5. Mətbəə Dizaynı;

  6. Rəqəmsal Dizayn;

Təqdimat Bacarığı

MAHİYYƏTİ

Effektiv ünsiyyət hər bir insan üçün ən önəmli bacarıqlardan birisidir. Eyni ilə müəyyən zamanlarda bu bacarıq sizə fikirləri ideal şəkildə auditoriyaya təqdimat etməyə imkan yaradır. Uşaqların təqdimat bacarıqlarına yiyələnməsi onlarda ünsiyyət zamanı özgüvəni, kreativliyi, müşahidə və hekayələşdirmə qabiliyyətini inkişaf etdirir.

PROQRAM

  1. Kommunikasiyanın əsasları;

  2. Özgüvən və psixoloji hazırlıq;

  3. Müşahidə üsulları;

  4. Hekayeləşdirmə üsulları;

  5. Auditoriyanın idarəedilməsi;

  6. Xarixma və diqqət cəlb etmə;

  7. Təqdimatı uğurla sonlandırma;

© 2019 by Saymore Training & Development

  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black LinkedIn Icon